ABŞ elitası üçün “Qiyamət günü bunkeri” tikilir | FOTOLAR
“The Aerie Project” adlanan bunker 2026-cı ildə hazır olacaq. “Aerie” – quşların dincəlmək üçün sığındığı yer mənasını verir. Bunker gələcək sakinlərini nüvə müharibəsindən və güclü elektromaqnit impulslardan qorumağa qadir olacaq.
200 fut (61 metr) dərinlikdə yerləşən bunkerdə Süni İntellektlə təchiz olunmuş tibbi xidmət proqramı fəaliyyət göstərəcək.
Bunkerə sığınmaq istəyənlərin azı 20 milyon dollarlıq sərvəti olmalıdır. Gələcək sakinlərin hər birinə geniş şəxsi apartamentlər veriləcək.
Sığınacaqda üzmə hovuzu, boulinq zalları, alpinizm divarı kimi müxtəlif əyləncə növləri nəzərdə tutulub.
SAFE şirkətinin rəhbəri Al Korbi “Forbes”ə bildirib ki, gələcəkdə ABŞ-nin 50 şəhərində belə “Qiyamət Günü bunkerləri” tikməyə hazırlaşırlar.
Samir Quliyev
AzVision.az
Teqlər: ABŞ